İlbər Ortaylı 5 gündür reanimasiyadadır

ilber-ortayli-5-gundur-reanimasiyadadir
Oxunma sayı: 1019

Türkiyəli tanınmış tarixçi-alim İlbər Ortaylı xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə alimin instaqram hesabında ailəsi adından məlumat paylaşılıb. 

Məlumata görə, İ.Ortaylı artıq beş gündür reanimasiyadadır.

Bununla belə, 78 yaşlı tarixçinin səhhətində məhz hansı problemin yarandığı qeyd olunmasa da, vəziyyətinin hazırda stabil olduğu vurğulanıb.