İlham Əliyev akademiklərin maaşlarını artırdı - 2000 manat...

ilham-eliyev-akademiklerin-maaslarini-artirdi
Oxunma sayı: 6429

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, 2018-ci il noyabrın 1-dən AMEA-nın həqiqi üzvlərinin aylıq rütbə maaşları 2000 manat, müxbir üzvlərinin aylıq rütbə maaşları isə 1200 manat məbləğində müəyyən edilib.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.