Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən Azərbaycanda şərqşünaslıq elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:
“Şöhrət” ordeni ilə
Əlibəyov İnqilab Vəlibəy oğlu
“Tərəqqi” medalı ilə
Abıyev Aydın Müstəcəb oğlu
Cəfərov Vilayət Abbasqulu oğlu
Həsənova Esmeralda Yusub qızı.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda şərqşünaslıq elminin inkişafında xidmətlərinə görə Əkrəm Rəhim oğlu Rəhimli “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Son xəbərlər
Son Xəbərlər