İlham Əliyev Münxendə israilli həmkarı ilə görüşdü - Yenilənib

ilham-eliyev-munxende-israilli-hemkari-ile-gorusdu
Oxunma sayı: 1886

Fevralın 16-da Münxendə Azərbaycan Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən İsrail Prezidenti İsxak Hersoqun görüşü olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

***

İsrail Prezidenti İsxak Hersoq dövlət başçısına prezident seçkilərində qələbə qazanması münasibətilə təbriklərini çatdırıb.

Prezident İlham Əliyev təbrikə görə təşəkkürünü bildirib və bununla bağlı İsxak Hersoqdan rəsmi məktub formasında da təbrik aldığını məmnunluqla qeyd edib.

Söhbət zamanı Azərbaycan ilə İsrail arasında müxtəlif sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, hökumətlərarası komissiyanın fəaliyyəti qeyd olunub, iqtisadi-ticari, mədəni, humanitar əlaqələrə toxunulub. Həmçinin Azərbaycanın İsraildə səfirliyinin fəaliyyətə başlamasının ikitərəfli əlaqələrimizin inkişafına təkan verdiyi bildirilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.