“İlham Əliyevə siyahı təqdim etmişik”- - AŞPA prezidenti

ilham-eliyeve-siyahi-teqdim-etmisik-
Oxunma sayı: 3773

“Azərbaycanda siyasi məhbuslarla bağlı müzakirələr keçirilib, lakin qətnamə qəbul edilməyib. AŞPA Monitorinq Komitəsinin hesabatında siyasi məhbus məsələsinə toxulunub. Mən dəqiq bir şey deyə bilmərəm. Çünki siyasi, vicdan məhbusunu ayırmaq üçün hər hansı meyar mövcud deyil”.

 “Qafqazinfo” xəbər verir ki, bunu AŞPA prezidenti Anne Brasseur bu gün Bakıda keçirdiyi mətbuat konfransıda jurnalistlərin suallarını cavablandırarkən deyib:

"Biz prezident İlham Əliyevə siyahı təqdim etmişik, həm də həmin siyahını Oktay Əsədovla müzakirə etmişik. Orada azad olunmasını istədiyimiz insanlar var. Mənim siyasi məhbus anlayışına tərif verməyə hüququm yoxdur. Bir sadəcə siyahı təqdim etmişik, əvvəl təqdim olunan siyahıda problemlər vardı. Lakin indi yaxşı haldır ki, vahid yanaşma var.  

Avropa Şurası nə Azərbaycanın,  nə də digər ölkənindir. Bu Şuraya daxil olan hər bir ölkə eyni dəyərlərə xidmət edir. Təbii ki,  qəbul olunan bəzi qanunlar bir sıra ölkələr tərəfindən radifikasiya olunmur. Mən bunu tənqid etmişəm. Tənqid edilməlidir ki, inkişaf olsun. Çünki Avropa Şurası 820 milyon insanın rifahı naminə çalışır”.

Anne Brasseur AŞPA vitse prezidenti Rockerin vizasının ləğv olunması ilə bağlı məsələyə də toxunub. O bildirib ki, təşkilatın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi olmuş Kristof Ştrasserlə Rene Rukerin vəziyyətini eyniləşdimrək olmaz. Belə ki, Ştrasserə viza verilməmişdi, lakin Rukerə viza verilməsinə rəğmən, həmin viza Azərbaycan hökuməti tərəfindən ləğv edilib: “Avropa Şurasının qəbul etdiyi Paris protokolu hansı ölkədə pozularsa həmin ölkəyə sanksiya tətbiq olunacaq”.

Günel