İlham Əliyevə təbriklər gəlməkdə davam edir - Yenilənib

ilham-eliyeve-tebrikler-gelmekde-davam-edir
Oxunma sayı: 1507

Surinam Prezidenti Çandrikapersad Santoki Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Tarixi hadisə - yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimiyyətlə təbrik edirəm. Bu qələbə Prezident vəzifəsində fəaliyyət göstərdiyiniz müddətdə möhtəşəm liderliyinizin təkcə Azərbaycanda deyil, həm də dünyada qəbul olunmasının bariz təzahürüdür.

Surinam Respublikası ikitərəfli və çoxtərəfli əlaqələri yüksək qiymətləndirir, ölkələrimizin və xalqlarımızın rifahı naminə qarşılıqlı maraq doğuran sahələrdə tərəfdaşlığımızı inkişaf etdirmək üçün səylərimizi artırmağı səbirsizliklə gözləyir.

Bu baxımdan mən əminəm ki, qarşıdan gələn COP29-a ev sahibliyi edən Azərbaycan konfransın uğurla keçirilməsi üçün bütün lazımi tədbirləri görür.

Azərbaycan Respublikasının Prezidenti vəzifəsində Sizə Surinam Respublikasının Hökuməti və xalqı adından möhkəm cansağlığı arzulayır, yeni-yeni uğurlar diləyirəm.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

İndoneziya Prezidenti Coko Vidodo da Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

“Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə İndoneziya Respublikası adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi və salamlarımı çatdırıram.

Bu ali vəzifəyə seçilməyiniz Azərbaycan xalqının Sizə göstərdiyi dərin hörmətin və sarsılmaz etimadın təsdiqidir. Tam əminliklə bildirirəm ki, Sizin möhtəşəm liderliyiniz və zəngin təcrübəniz ölkənizi daha böyük tərəqqiyə doğru aparacaqdır.

Bu xoş fürsətdən istifadə edərək əmin olduğumu bildirmək istəyirəm ki, Sizin rəhbərliyinizlə biz xalqlarımız arasında otuz ildən artıq inkişaf edən ikitərəfli əlaqələrin dərinləşməsinin şahidi ola biləcəyik. Məmnuniyyətlə qeyd edirəm ki, xalqlarımızın rifahı naminə bizim müxtəlif sahələr üzrə əməkdaşlıqla bağlı səylərimizi artırmaq və ortaq sektorları əhatə edərək bu əməkdaşlığı genişləndirmək üçün gözəl imkanlarımız var.

Zati-alinizə və Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik və tərəqqi arzulayaraq, ən yüksək ehtiramımı qəbul etməyinizı xahiş edirəm”.