“Qafqaninfo”nun məlumatına görə, bunu bu gün Avropa Oyunlarında qızıl medal qazanan paracüdoçu İlham Zəkiyev təltifetmə zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə olan qısa dialoqunu açıqlayarkən deyib.
Zəkiyev medalı dövlət başçısı, Azərbaycan xalqı və bu gün doğum günü olan oğluna hədiyyə etdiyini qeyd edib:
“Allah hamının balasını saxlasın. Bu gün bizim Həmzə balamızın da 2 yaşı tamam oldu. Atası tərəfindən ona da bu medal ən böyük hədiyyə olar”.
Qızıl medalçımız döyüş yolundan da danışıb:
“Mən utanmıram yaralanmağımdan. Mən gözlərimin nurunu, döyüş tapşırığını yerinə yetirərkən, Azərbaycan torpaqlarının müdafiəsi uğrunda itirmişəm. Hər yerdə də məndən soruşanda ki, zədəni harda almısan, mən fəxrlə deyirəm ki, Azərbaycan torpaqlarının müdafiəsi uğrunda düşmən gülləsinə tuş gəlmişəm və görmə qabiliyyətimi itirmişəm. Mən bundan utanmıram. Bizim xalqımız mübariz xalqdır. Şükür olsun ki, biz bunu bir daha sübut etdik”.
Son xəbərlər
Son Xəbərlər