1 Maydan geriyə qalan - Fotolar

1-maydan-geriye-qalan
Oxunma sayı: 684

Bu gün dünyanın bir çox ölkələrində Beynəlxalq Əmək Günü kimi qeyd edilir.

“Qafqazinfo” xəbər verir ki, sözügedən günün qeyd olunması barədə qərar ilk dəfə 1889-cu ilin iyulunda keçirilən Paris Konqresində qəbul edilib.

Həmin vaxtdan etibarən 1 May tarixi bütün dünyada işçi hüquqlarının müdafiəsi və həmrəylik rəmzinə çevrilib.

Cari ildə də ənənəyə sadiq qalaraq dünyanın müxtəlif paytaxtlarında və iri şəhərlərində Beynəlxalq Əmək Gününə həsr olunmuş kütləvi aksiyalar keçirilib. Nümayişlərə qatılan minlərlə insan hər il olduğu kimi, iş şəraitindəki qeyri-bərabərliyə, eləcə də aşağı əmək haqlarına etirazlarını bildiriblər.

Dünya ölkələrindən keçirilən 1 May görüntülərini təqdim edirik: