Hər il ənənəvi şəkildə baş tutan “The Game Awards” mükafatlandırma mərasimində bu ilin ən yaxşı oyununun adı məlum olub.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə 2025-ci ilin yekunlarına əsasən, 27 nominasiya üzrə qaliblərin adı açıqlanıb.
Bildirilib ki, “İlin Ən Yaxşı Oyunu” kateqoriyasında Fransanın “Sandfall Interactive” studiyasına məxsus, RPG janrlı “Clair Obscur: Expedition 33” oyunu layiq görülüb.
Qeyd edək ki, sözügedən layihə əsas mükafatla yanaşı, daha 8 əsas kateqoriyada da qalib gələrək “The Game Awards” tarixində rekord nəticə göstərib.
Xatırladaq ki, tədbir çərçivəsində bir sıra yeni oyunlar da ictimaiyyətə təqdim olunub. Onlar arasında “Star Wars: Fate of the Old Republic”, “Divinity”, “Control 2: Resonant”, “Tomb Raider: Catalyst” və digər layihələr yer alıb.
Son xəbərlər
Son Xəbərlər