“İlin sonuna qədər dünyada qlobal aclıq başlayacaq”

ilin-sonuna-qeder-dunyada-qlobal-acliq-baslayacaq
Oxunma sayı: 2322

Rusiya Prezidentinin köməkçisi Maksim Oreşkin 2022-ci ilin sonuna qədər dünyada qlobal aclığın başlanacağı barədə proqnoz verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

Oreşkinin sözlərinə görə, vacib olan Rusiyanın bundan zərər görməməsi, tam olaraq ərzaq məhsulları ilə təmin olunmasıdır.

Putinin köməkçisi sözügedən qlobal aclığın əsas səbəbinin dünya bazarında buğdanın qiymətinin artması ilə bağlı olduğunu qeyd edib.