İlon Mask bu məşhur şirkətləri məhkəməyə verdi

ilon-mask-bu-meshur-sirketleri-mehkemeye-verdi
Oxunma sayı: 1218

Amerikalı biznesmen İlon Mask “Apple” və “OpenAI” şirkətlərini süni intellekt sahəsində rəqabətə mane olduğu iddiası ilə məhkəməyə verib. 

“Qafqazinfo” xəbər verir ki, İlon Mask bu barədə “X” hesabında paylaşım edib.

O, Texasda federal məhkəmədə iddia qaldıraraq bildirib ki, “Apple”, “App  Store”da “OpenAI”dan başqa heç bir süni intellekt şirkətinin birinci yerə çıxmasına imkan vermir.  

“Bu isə istehlakçıları seçim hüququndan məhrum edir”,-deyə Mask bildirib.

Qeyd edək ki, 2015-ci ildə İlon Mask “OpenAI”nin həmtəsisçisi olub. Lakin 2018-ci ildə maraqlar toqquşması səbəbindən direktorlar şurasından istefa verib.