“Sülh istəyən və Ukraynada atəşkəsi prioritetləşdirən ABŞ siyasətinin davam etməsi vacibdir”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan “TRT Haber”ə müsahibəsində deyib.
Nazir Vaşinqtonun Azərbaycan və Ermənistanı sülhə təşviq edən mövqeyinin regionun gələcəyi üçün həlledici olduğunu vurğulayıb:
“Türkiyə və ABŞ-nin Rusiya, Azərbaycan-Ermənistan münasibətləri və Suriya məsələsindəki maraqları hazırda bir-biri ilə tam uyğunluq təşkil edir”.
Son xəbərlər
Son Xəbərlər