BƏƏ də İrana uçuşları ləğv etdi

bee-de-irana-ucuslari-legv-etdi
Oxunma sayı: 587

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) aviaşirkətləri ölkədə davam edən etirazlar və internetin bağlanması fonunda İrana uçuşları ləğv edir.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.

Bildirilir ki, “Flydubai” Dubay və İran şəhərləri arasında yanvarın 9-na planlaşdırılan 17 aviareysi ləğv edib. Bu ləğvlərə Tehran, Şiraz və Məşhəd reysləri daxildir.

Qeyd edək ki, Türk Hava Yolları (THY) da İstanbuldan İranın paytaxtı Tehrana bu gün üçün planlaşdırılan uçuşları ləğv edib.