ABŞ İranda davam edən etiraz aksiyalarının iştirakçılarına dəstək ifadə edib.
“Qafqazinfo” xəbər verir ki, dövlət katibi Marko Rubio “X” sosial şəbəkəsində bununla bağlı paylaşım edib.
“Birləşmiş Ştatlar cəsur İran xalqını dəstəkləyir”, - paylaşımda deyilir.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp da İran rəhbərliyinə müraciət edərək, etirazçılara atəş açılacağı təqdirdə müdaxilə edəcəklərini bəyan etmişdi.
Xatırladaq ki, İranda iqtisadi problemlər və milli valyutanın kəskin dəyər itirməsi səbəbindən başlayan etirazlar ölkənin müxtəlif bölgələrinə yayılıb. Təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində indiyədək onlarla şəxsin həlak olduğu və yaralandığı, iki mindən çox insanın isə saxlanıldığı bildirilir.
Son xəbərlər
Son Xəbərlər