İlon Mask keçmiş sevgilisinin tviter hesabını bağlatdırıb?

ilon-mask-kecmis-sevgilisinin-tviter-hesabini-baglatdirib
Oxunma sayı: 3490

İlon Maskın keçmiş sevgilisi Amber Hördün tviter hesabını bağlanıb.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, “Akvamen” filminin ulduzu Amber Hördün tviter hesabı qəfildən yoxa çıxıb.

Tviterdə Amber Hördün istifadəçi adını yazanda hesaba daxil olmaq olmur. Bu arada sual işarələri İlon Maska çevrilib.

Hadisə ilə əlaqədar bir çox istifadəçi Amber Hördün hesabını Elon Maskın bağladığını iddia edərkən, digər istifadəçilər onun keçmiş həyat yoldaşı Conni Depplə bağlılığı olduğunu iddia edib.

Qeyd edək ki, Mask bir müddət əvvəl tviteri 44 milyard dollara satın alıb.