İlon Mask tviteri aldı

ilon-mask-tviteri-aldi
Oxunma sayı: 4550

Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask tviter sosial şəbəkəsini alıb.

"Qafqazinfo" xarici KİV-ə istinadlən xəbər verir ki, o, bunun üçün 44 milyard ABŞ dolları ödəyib.

Tviter sosial şəbəkəsinin rəhbərliyi məlumatı təsdiqləyib.

Qeyd edək ki, daha əvvəl İlon Mask tviterin qərargahını evsizlər üçün sığınacağa çevirməyi təklif edib. Amerikalı milyarder şirkətin San-Fransiskodakı baş ofisini evsizlər üçün sığınacağa çevirməklə bağlı sosial şəbəkədə sorğu keçirib.