İlqardan Zaurun "ay bədbəxt" sözünə münasibət

ilqardan-zaurun-quotay-bedbextquot-sozune-munasibet
Oxunma sayı: 10593


“Qafqazinfo”nun Axşam.az-a istinadən məlumatına görə, o, “Məni yarımdam soruş” verilişində baş verən məlum məsələlərə münasibət bildirib:

“Zaur efirdə bir iştirakçıya “Ay bədbəxt” deyə müraciət etdi. O mübahisəli söhbətə görə onu qınamadım, Zaurda günah görmədim. Bu hadisəyə iştirakçılar şərait yaratdı. Bəlkə də Zaur Baxşəliyev o sözü demək istəmirdi, vəziyyət elə gətirdi. O da içindəki hissləri belə büruzə verdi”. 

Xatırladaq ki, Zaur verilişin iştirakçılarından birinə məşhur aktyor Lui De Fines haqda sual verib. O isə cavabında həmin adamı tanımadığını deyib. Bu cavabdan təəccüblənən Zaur iştirakçıya "Sən nə gündəsən, ay bədbəxt" sözlərini işlədib.