İmamoğlunun səs verdiyi qutudan Ərdoğan birinci çıxdı

imamoglunun-ses-verdiyi-qutudan-erdogan-birinci-cixdi
Oxunma sayı: 4306

Xəbər verdiyimiz kimi, Türkiyədə keçirilən prezident və parlament seçkiləri keçirilib.

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, namizdələr sırasında əsas rəqiblər kimi Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu qərarlaşıb.

Belə ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri və Millət Alyansının sədr müavini Əkrəm İmamoğlunun səs verdiyi qutudan Rəcəb Tayyib Ərdoğan birinci olub.

MHP sədri Dövlət Baxçalının səs verdiyi qutudan isə ilk olaraq Millət Alyansının prezidentliyə namizədi və CHP sədri Kamal Kılıçdaroğlu irəlidə qərarlaşıb.