İmişlidə 15 yaşlı qızın meyiti tapıldı

imislide-15-yasli-qizin-meyiti-tapildi
Oxunma sayı: 982

İmişli rayonunda yeniyetmə qızın meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə aprelin 10-u İmişli şəhərindəki həyət evlərinin birində baş verib.

2011-ci il təvəllüdlü Nigar Kazımlının meyiti yaşadığı evin həyətindəki yardımçı təsərrüfatda aşkar edilib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırmalara başlanılıb. Müvafiq ekspertizalar təyin olunub.