İmişlidə 280 abonentin qaz təminatı kəsildi

imislide-280-abonentin-qaz-teminati-kesildi
Oxunma sayı: 666

İmişlidə 280 abonentin qaz təminatı dayandırılıb.

Bu barədə “Qafqazinfo”ya Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilir ki, bu, rayonun Qaralar kəndini təbii qazla təmin edən 108 mm-lik qaz kəmərinin yeraltı keçid hissəsində aşkar edilmiş qaz sızmasının aradan qaldırılması üçün görülən işlərlə əlaqədardır.

Qeyd edilib ki, təmir işləri 19.05.2025-ci il saat 18:40-dan etibarən başlayıb.