İmişlidə xuliqanlıq hərəkətləri törədən şəxslər saxlanıldı

imislide-xuliqanliq-hereketleri-toreden-sexsler-saxlanildi
Oxunma sayı: 9499

İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə əlaqədar bir qrup şəxs hadisə yerində xuliqanlıq hərəkətləri törədiblər.

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, xidməti avtomobilə əlavə zərər vurmaqla hadisə yerində hüquq pozuntusu törətməyə cəhd göstərən şəxslər müəyyən olunaraq saxlanılıblar.

Fakta görə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.