Şəmkirdə “Ford” ağaca çırpıldı - Ölən var+Fotolar+Video

semkirde-ford-agaca-cirpildi
Oxunma sayı: 539

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qaracəmirli kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Ford Transit” markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı avtomobildə olan 1982-ci il təvəllüdlü Gəncə sakini Quliyev Şirzad Elman oğlu aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev