İmişlidə yolların yenilənməsi istiqamətində işlərə başlanılıb - Foto

imislide-yollarin-yenilenmesi-istiqametinde-islere-baslanilib
Oxunma sayı: 1540

İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi, Məzrəli və Xubyarlı kəndlərində daxili yollar uzun müddətdir ki, yararsız vəziyyətdədir.

“Qafqazinfo” xəbər verir ki, bu istiqmətdə uzun zamandır görülməyən işlər sakinlərin gediş-gəlişi üçün müəyyən çətinliklər yaradırdı və rayon əhalisinin haqqlı narazılığına səbəb olurdu. Sakinlərin rahatlığını pozan və bu səbəbdən etdikləri müraciətləri nəzərə alan İmişli rayon İH qeyd olunan yolları yenidən bərpa edib.

Belə ki, Bəhrəmtəpə qəsəbəsində 1750 metr, Məzrəli kəndində 1150 metr və Xubyarlı kəndində 1132 metr yol əsaslı təmir olunaraq asfalt örtüyü yenilənib. İmişli sakinlərinin yol kabusuna son qoyacaq bu layihə hissə-hissə bütün daxili yollarda davam etdiriləcək.

Qeyd edək ki, hazırda ölkədə yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı dövlət büdcəsi hesabına da irimiqyaslı layihələr icra olunur və İmişlidə ümümi uzunluğu 4032 metr olan bu yollar təxminən 10 min nəfərə xidmət edir.