“İmprotex İndustries” və “İmagro” şirkətləri “Caspian Agro” 2022 sərgisində iştirak edir - Fotolar

improtex-industries-ve-imagro-sirketleri-caspian-agro-2022-sergisinde-istirak-edir
Oxunma sayı: 2614

“Caspian Agro” 2022 sərgisində Improtex qrupun “İmprotex İndustries” zavodu və “İmagro” şirkətləri iştirak edir.

1991-ci ildən fəaliyyət göstərən İmprotex Şirkətlər Qrupu nəqliyyat, metalkonstruksiya, yük maşınları və onların üstqurğularının və yarımqoşquların istehsalı, turizm sahələrində fəaliyyət göstərir.

Ən son texnoloji yeniliklərə və avropa standartlarına cavab verən avadanlıqlarla təchiz olunmuş İmprotex İndustries zavodu ümumilikdə illik 1200 ədəd idxalı əvəz edə bilən müxtəlif təyinatlı üst qurğu və kənd təsərrüfatı qoşquları, həmçinin mürəkkəbliyindən asılı olaraq 10 000 – 20 000 ton metal konstruksiya istehsal etmək gücünə malikdir.

“İmprotex İndustries” stendində yerli istehsalı olan və dünya standartlarına cavab verən müxtəlif qoşqu və yarım qoşqular, platforma və çənlər nümayiş olunmuşdur. İmprotex İndustries zavodu istifadəyə verilməsi Azərbaycan daxilində reallaşdırılan bir sıra strateji layihələrin metal-konstruksiya təchizatında idxalın əmsalını azaltmağa imkan verib. Hal-hazırda zavod yeni avadanlıqlarla təchiz olunmaqdadır ki, bu da ənənəvi metal-konstruksiyalardan savayı son texnalogiyalar ilə dənli bitkilərin anbarlama (silo) və emal qurğularını, həmçinin “pivot” və “side-roll” tipli suvarma sistemlərin istehsal xəttini qurmağa imkan verəcəkdir.

İmprotex İndustry zavodunun istehsalı olan və sərgidə nümatiş etdirdiyi texnikalar aşağıdakılardır:

  • 10 Tonluq Su Çəni
  • 5 Tonluq Yanacaq Çəni
  • 10 Tonluq Lafet
  • 6 Tonluq Lafet
  • Meyvə toplama platforması

Kənd təsərrüfatı sahəsində aparıcı rol oynayan İmagro şirkəti ölkəmizdə agro sektorunun inkişafı üçün texnoloji avadanlıq və texnikaların rəsmi distributerliyi ilə məşğuldur. Şirkətinin rəsmi distributerlik etdiyi Horsch, Massey Ferquson, Hattat və digər dünya brendləri kənd təsərrüfatı üçün yararlı texnikaların istehsalında dünya liderləri arasındadır. İmagro şirkətinin stendində nümayiş etdirilən texnikaların siyahısı aşağıdakılardır.

  • Massey Ferguson 7722
  • Massey Ferguson 7618
  • Massey Ferguson 7726
  • Moro Aratri
  • Alpego
  • Farmet
  • Horsch Pronto 4 DC

“Improtex” Şirkətlər Qrupu

Ünvan: Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 15 km

Əlaqə nömrəsi:        +994 (12)  448 02 00

                                  +994 (51) 206 65 08

Faks:                         +994 (12)  448 03 00

E-mail: [email protected]

www.improtex.az