Ali Məhkəmədə Kommersiya kollegiyasının hakimi Aida Hüseynin Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə sədr vəzifəsinə təyin olunması münasibətilə tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Aida Hüseyni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə bu yüksək və məsuliyyətli vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Aida Hüseynin uzun illər səmərəli fəaliyyəti ilə məhkəmə hakimiyyətinin nüfuzunun gücləndirilməsinə mühüm töhfələr verməsindən söz açılıb, bundan sonrakı fəaliyyəti ərzində də ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına müsbət təsir göstərəcəyi qeyd edilib.
Yeni xanım sədr çıxışında ona göstərilən yüksək etimada görə ölkə başçısına minnətdarlığını bildirib, bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına səylə çalışacağını deyib.

Son xəbərlər
Son Xəbərlər