İnam Kərimov yeni direktor təyin etdi

inam-kerimov-yeni-direktor-teyin-etdi
Oxunma sayı: 3433

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.

“Qafqazinfo”nun məlumatına görə, Nazirliyin təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru təyin olunub.

Təyinat barədə əmri Kənd Təsərrüfatı naziri İnam Kərimov imzalayıb.

Qeyd edək ki, Aqrar Elm və İnnovasiya Mərkəzinin əvvəlki direktoru Elçin Zeynalov ötən həftə Kənd Təsərrüfatı nazirinin müavini təyin edilib.