“İnanmıram ki, bu qədər həngamə bir dəbin ətrafında toplansın”

inanmiram-ki-bu-qeder-hengame-bir-debin-etrafinda-toplansin
Oxunma sayı: 1670


- Özünüzü postmodernist yazar hesab edirsiz?

- Düşünürəm ki, postmodernizm olduqca dərin bir cərəyandır, mən hələ çox gəncəm, ədəbi cərəyanların olduqca qarışıq və anlaşılmaz yaşandığı ədəbiyyatımızda mən hələ cərəyanları öyrənirəm, postmodernist cərəyan isə ən maraqlı və müasir ədəbiyyat adına ən faydalısı olduğunu düşünürəm. .oxuyuram, öyrənirəm və mənə olduqca maraqlı və dərin gəlir..çalışıram ki, yazılarım bu tipdə olsun..elə postmedern yazıçıların toplaşdığı AYO-ya üzv olmağım da postmedern cərəyana olan marağımdan da qaynaqlanır.

- Niyə postmodernistləri oxucular birmənalı qəbul etmir?

“Postmodernizm” anlayışının məzmunu ilə bağlı heç bir xüsusi təhlil aparmadan elə onun adı vasitəsilə mahiyyəti, əhatə dairəsi, funksional özümlüyü haqqında xeyli informasiya əldə etmək olar: söz özü haqqında çox şey deyir. Məlum olur ki, birincisi, postmodernizm humanitar fikrin inkişafında öz yerini modernizmdən sonrakı dövrə (“post”) aid edir. İkincisi, postmodernizm modernizmlə münasibətlərinin dialektik xarakter daşıdığını bəyan edir: bir tərəfdən postmodernizm modernist ənənələri davam etdirir (əks təqdirdə tərkibindəki “modernizm” sözündən imtina edərdi), digər tərəfdən o, modernist konsepsiyaların sıra fundamental müddəalarından imtina edir, yoxsa yenə də elə həmin “post” sözü vasitəsilə özü ilə modernizm arasında məsafə yaratmaz, ondan fərqli statusa malik olduğunu nəzərə çapdırmazdı. “Postmodernizm” anlayışı eyni zamanda birbaşa ifadə etməsə də, dolayısı ilə modernizmdən əvvəl mövcud olmuş konsepsiyalarla sələf-xələf münasibətində olduğunu ifadə edir. Yeri gəlmişkən, bəşər nəslinin bütün tarixi boyu yaratdığı dəyərləri saf-çürük etmədən həzm-rabedən keçirmək istəyi ən yeni postmodernist konsepsiyaların aparıcı xüsusiyyəti kimi özünü büruzə verir. Lakin anlayışda “modernizm” sözünün xüsusi olaraq vurğulanması hər halda onun klassik ənənələrə nisbətən modernizmə daha yaxın olmasına, onunla daha sıx əlaqədə olmasına dəlalət edir.

Ədəbiyyatda postmodernizm fəlsəfi mənada postmodernizmlə və daha geniş sosial mənada işlənən "postmodernizm"lə sıx bağlıdır. "Biz postmodern insanlarıq", "biz postmodern dövrdə yaşayırıq" kimi cümlələr işlədə bilərik, və həqiqəti demiş olarıq. Modernizm incəsənət, ədəbiyyat, siyasət, fəlsəfə, cəmiyyətin bütün sahələrində ənənəvi dəyərlərə etiraz edib, dünyanın yenidən təzə prinsiblər əsasında qurmaq arzusunun ifadəsi oldu, dünyanı olduğu kimi təsvie edən mimetizmdən imtina edib, yaradıcı müəllifin maksimal subyektivliyini məqsəd kimi görən üslub kultu gətirdi. Postmodernistlər isə bir qədər də irəli gedib, özlərini nəinki ənənəvi dünya fəlsəfəsi, elmi və mədəniyyətinə, həmçinin modernizmin özünə qarşı qoydular, dəyərlərin inkarını yox, yenidən dəyərləndirilməsini, onlarla oyun prinsibini gündəmə gətirdilər. Modernistlər tarixi ənənənin radikal inkarçısı kimi çıxış edirdilərsə,postmodernistlər tolerant şəkildə tarixi ənənəni yenidən başqa cür dərk etməyin tərəfdarı kimi çıxış etdilər. Postmodernizm ədəbi janr yox, müxtəlif ədəbi janrları, stilləri özündə birləşdirən geniş bir ədəbi hərəkatdır. Intertekstuallıq, haşiyə çıxma, imitasiya, eklektisizm, dekonstruksiya postmodernizmin ÇOXLU SAYDA xarakterisitkalarından bir neçəsidir, amma postmodernizm həm də müxtəlif çox ciddi ədəbi janrları əhatə edir. Bu janrlardan biri də sehrli realizmdir (magical realism). Terminin tarixi qədimdir, amma daha çox Markesin əsərlərindən sonra populyarlaşdığı üçün bəzən müəyyən dövr Latın Amerikası ədəbiyyatına aid edilisə də, əlbəttə, bir ciddi ədəbi janr kimi ayrıca tərifi verilir, və təbii, hər hansı məkana və zamana məhdudlaşdırıla bilməz. Horhe Borhes, Toni Morrison, Salman Rüşdü kimi məşhur sehrli realist yazıçılar həm də məşhur postmodern yazıçılardır.

- Azərbaycanda postmodernizmin vəziyyəti necədir? Və postmodernist yazarlardan kimlərin adını çəkə bilərsiz?

- Mənim üçün isə ən dəyərli postmodern yazıçı Umberto Ekodur... Bizim muasir ədəbiyyatımızda isə Rasim Qaraca, Nərmin Kamal, Əli Əkbər, Həmid Heristçi yaradıcılığında postmodern detalları var, həmçinin də Seymur Baycanın yazılarında, məsələn “Quqark”da bu detallara rastlaşmaq olar, ümumən isə düşünürəm ki, bizdə Postmodern adına yazılan hərşey bu cərəyanın öyrənilməsinə xidmət edir, bəlkə də bir gün tam aydınlaşacaq ki, indiyə qədər yazılan hərşey əslində postmodernist deyilmiş, ancaq bunun nəticəsində biz artıq bu cərəyanı öyrənmiş olacağıq. Bu cərəyan olduqca çətindir və həmçinin siyasi əhəmiyyəti var, lap heç siyasi əhəmiyyəti olmasın, bizim yazıçıların xüsusilə AYB tərzi yazıçıların postmodernizmi daxilən qəbul etməsi heç indiki halda mümkün də deyil, çünki onlar heç modernist mərhələni düzəməlli yaşamamış, dərk etməmiş insanlardır, orda elə insanlar var ki, hələ də klassizmdə filanda qalıblar..bu adamlar üçün ancaq ağ var, uzaq başı qara ola bilər..orta və fərqli podmodern düşüncəni qəbul edə bilməzlər..heç dünya modernistləri posnodern alimlərin onların qarşısında qoyulan suallara cavab verə bilmir, bizimkilərdən bunu gözləmək saflıq olardı.

- Sizcə, postmodernizm dəb cərəyanıdır?

- Mən bilmirəm postmedernizm əsrin dəbidirmi, çünki əslində belə də ola bilər, ancaq mən inanmıram ki, bu qədər həngamə sadəcə bir dəbin ətrafında toplansın. Dəb bir növ mahiyyəti dərk etmədən bir şeyləri məhz başqalarına maraqlı gəlir deyə etməkdir, bəli ola bilər ki, bizim ölkəmizdə ədəbiyyatda bir çox başqa sənət sahələrində bu beə olmuş olsun, ancaq ümumən dünya səviyyəsində postmodernizm ciddi bir cərəyandır və çox dəyərli alimlər bu yolda dərin elmi araşdırmalar aparırlar. Mən düşünürəm ki, postmodernizmdən fərqli olaraq modernizm dəb baxımından daha məqsədə uyğun ola bilər, bəli, ola bilər ki, insanlar ciddi bir maraq və diqqət üçün indiyə qədər olan bütün kultları korkoranə dağıdaraq ciddi bir dəbin əsasını qoysun və bu cərəyanın davamçıları da, sadəcə inkar etməklə davam etsinlər, ancaq postmodernizm hadisələrə daha fərqli yanaşdığı, təməlində xoşgörü və maarifçilik olduğundan, əslində hər şeydən sənət adına düzgün istifadə edilməsi mümkün olduğunu göstərdiyindən mənə eqoist bir dəb kimi gəlmir.

Yazı Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəklədiyi "Qızılbaş" GMİB-nin “Azərbaycan ədəbiyyatında postmodernizm” layihəsi ilə bağlı yayımlanır.