Pıçıltı ilə dediyi təklifin mətnini Ermənistan XİN yaydı

picilti-ile-dediyi-teklifin-metnini-ermenistan-xin-yaydi
Oxunma sayı: 718

“İrəvan Ankaranın Ermənistanla ikitərəfli ticarətə qoyulan məhdudiyyətlərin ləğv edilməsi barədə qərarını alqışlayır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib.

Onun sözlərinə görə, Ermənistan Türkiyənin bu qərarını iki ölkə arasında münasibətlərin normallaşması prosesində növbəti nəticə olaraq qiymətləndirir:

“Bu qərar iki ölkə arasında ticarətin, eləcə də işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir”.

A.Badalyan həmçinin qeyd edib ki, bu, Ermənistanla Türkiyə arasında tam və normal münasibətlərin inkişafı istiqamətində vacib addımdır və iki ölkə sərhədinin açılması, diplomatik əlaqələrin qurulması ilə davam etdirilə bilər. 

Xatırladaq ki, bu gün Türkiyə XİN-in rəsmi nümayəndəsi Öncü Keçeli Ankara və İrəvanın iki ölkə arasında birbaşa ticarətin başlanmasına hazırlığı başa çatdırdığını açıqlayıb. Sözügedən məsələ isə mayın 12-də Ermənistanın hakim “Vətəndaş müqailəsi” partiyasının seçkiqabağı kampaniyası zamanı yaşanan hadisə ilə də gündəmə gəlib. Belə ki, tədbir zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ölkənin Baş naziri Nikol Paşinyanın qulağına pıçıltı ilə dediyi sözlər canlı efirə düşüb. Səs yazısında Mirzoyanın Paşinyanın qulağına “Türklər bu gün açırlar. Bir “xoş gəldin” mətni, XİN-in mətbuat katibindən şərh hazırlayaq” dediyi eşidilir. Mirzoyan jurnalistlərə burada məhz nəyi nəzərdə tutduğunu açıqlamasa da, onun əvəzində bunu Paşinyan edib və söhbətin Türkiyədən Ermənistana mal ixracı qaydalarının dəyişdirilməsindən getdiyini açıqlayıb.