Amerikalı aktyor Harrison Ford macəra axtarışında olan İndiana Cons haqda filmin çəkilişlərində iştirak edəcək. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “NME” xəbər verib.
Qeyd edilir ki, “Lucasfilm”in başçısı Ketlin Kennedi Fordun sayca beşinci ekran işində iştirakını təsdiqləyib.
O, həmçinin bildirib ki, hazırda ssenari üzərində iş yekunlaşmaq üzrədir.
Harrison Ford İndiana Cons rolunu 1981-ci ildən canlandırır. Adı olmayan beşinci hissənin təqdimatı 2021-ci il 9 iyul tarixinə planlaşdırılıb.
Son xəbərlər
Son Xəbərlər