İndoneziyada qəzaya uğrayan təyyarədə sağ qalan olmayıb - Fotolar + Yenilənib

indoneziyada-qezaya-ugrayan-teyyarede-sag-qalan-olmayib
Oxunma sayı: 6770

İndoneziyada təyyarə havaya qalxdıqdan 10 dəqiqə sonra yoxa çıxıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Cakartadan İndozeniyanın Pankalpinanq şəhərinə  uçan “Boeing 737”də 8-i ekipaj üzvü olmaqla 189 nəfər olub. 

Təyyarə havaya qalxdıqdan qısa zaman sonra radardan itib. Məlumata görə hava nəqliyyatı Yava adası yaxınlığında dənizə düşüb. 

***

Artıq qəzaya uğrayan təyyarənin qalıqları və sərnişinlərə aid bəzi əşyalar tapılıb.

***

Göyərtəsində 189 nəfərin olduğu təyyarədə sağ qalanın olmadığı açıqlanıb.

Onlardan 3-ü uşaq olmaqla 181-i sərnişin və 8 nəfəri isə ekipaj üzvü olub.

Qeyd edək ki, təyyarənin məxsus olduğu “Lion Air” hava yolu şirkəti təhlükəsizlik problemləri ilə əlaqədar 2007-ci ildə Avropa İttifaqının qara siyahısına salınıb. İttifaqa üzv ölkələrə uçuşları dayandırılan şirkətə qoyulan qadağa 2016-ci ilin iyun ayında qaldırılıb.

Aysel Kərimova