“İnsanov yenidən cinayət törədib...”

insanov-yeniden-cinayet-toredib
Oxunma sayı: 7431

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov barəsində başlanmış yeni cinayət işinin istintaqı davam etdirilir.

QafqazinfoTrend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Zakir Qaralov deyib. Z.Qaralov qeyd edib ki, Ə.İnsanov cinayət törətdiyi üçün barəsində yenidən cinayət işi başlanıb: "Başlanmış cinayət işi üzrə nə demək olar? Cinayət törətməsə, cinayət işi də başlana bilməz. Cinayət törədibsə, istintaq olunmalıdır".