İnzagi üçün 100 milyon avroluq təklif

inzagi-ucun-100-milyon-avroluq-teklif
Oxunma sayı: 3598

“İnter”in baş məşqçisi Simone İnzagi Səudiyyə Ərəbistanına yollana bilər.

“Qafqazinfo” “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, “Əl-Hilal” italyan mütəxəssisin xidmətində maraqlıdır. 

Ərəblər İnzagiyə 2 illik müqavilə üçün 100 milyon avro maaş təklif edib. 49 yaşlı məşqçi qərarını PSJ ilə keçiriləcək Çempionlar Liqası finalından sonra verəcək.

Qeyd edək ki, Simone İnzagi 2021-ci ilin iyulundan “İnter”i çalışdırır.