İnzibati cərimələrin qaytarılması Qaydası təsdiqlənib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərarla artıq ödənilmiş, düzgün tətbiq edilməmiş və ya səhv ödənilmiş inzibati cərimələrin (müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla) (bundan sonra – artıq ödəmənin) qaytarılması qaydası müəyyən edir.
Qərara əsasən, artıq ödənilmiş inzibati cərimə dövlət büdcəsindən və (və ya) inzibati cərimə növündə inzibati tənbeh vermə barədə qərar (elektron qərar) qəbul etmiş səlahiyyətli orqanların hesablarından qismən və ya tamamilə qaytarılacaq.
Artıq ödəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və ya inzibati cərimə ödəyən digər şəxsin yazılı və ya elektron müraciətinə əsasən 20 gün müddətində qaytarılacaq.
İnzibati cərimənin qaytarılması ilə bağlı məhkəmə qərarı qanunvericiliyə uyğun icra ediləcək.
Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya inzibati cərimə ödəyən digər şəxs artıq ödəmənin qaytarılmasını inzibati cərimənin ödənildiyi tarixdən 5 il müddətində tələb etmək hüququna malikdir.
Son xəbərlər
Son Xəbərlər