“İqtisadi artım 2,8 %-ə qədər bərpa olunacaq”

iqtisadi-artim-28-e-qeder-berpa-olunacaq
Oxunma sayı: 1893

“Ötən il iqtisadi artım nəzərəçarpacaq dərəcədə azalaraq 1,1 %-ə kimi düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq təşkilatının hesabatında qeyd edilib.

“Bu da neft-qaz sektorunda azalma və bəzi əsas qeyri-neft sektorlarında, xüsusən də nəqliyyatda post-pandemiyadan sonra artımın zəifləməsi fonunda baş verib.

Cari ildə Azərbaycanda iqtisadi artım 2,8 %-ə, 2025-ci ildə isə 2,5 %-ə qədər bərpa olunacaq. Eyni zamanda, yeni neft hasilatına görə enerji sektorunda geriləmə azala bilər”, - deyə məlumatda bildirilib.