“İran öz xalqına yalan danışır” - Həmin xəbəri təkzib etdi

iran-oz-xalqina-yalan-danisir
Oxunma sayı: 1130

“ABŞ Ordusunda sursat çatışmazlığı yoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ müdafiə naziri Pit Heqset Florida ştatının Tampa şəhərindəki ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qərargahında keçirilən brifinqdə bildirib.

İranın ABŞ-nin hücumlarını davam etdirəcəyini və ABŞ ordusunda sursat çatışmazlığının olmadığını dilə gətirib.

Heqset CENTCOM komandiri, admiral Bred Kuperlə birlikdə Yaxın Şərqdə davam edən ABŞ hərbi əməliyyatlarına dair fikirlərini bölüşüb.

Heqset İranın ABŞ-nin hücumlarını davam etdirə bilməyəcəyinə inandığını deyib:

“Bu, İrandakı İnqilab Keşikçiləri üçün, həqiqətən, pis bir hesablamadır. Gördüyünüz kimi, burada Amerika iradəsinin çatışmazlığı yoxdur”.

O, ABŞ ordusunda sursat çatışmazlığının olmadığını və hücum, müdafiə silahlarının hərbi əməliyyatları lazım olan səviyyədə davam etdirməyə imkan verdiyini vurğulayıb.

“İndiyə qədər bir şey gördüyünüzü düşünürsünüzsə, gözləyin”, - deyə Heqset əlavə edib və qarşıdakı günlərdə ABŞ və İsrailin birləşmiş döyüş qabiliyyətlərinin İrana proqnozlaşdırılan hazırkı hərbi güc səviyyəsindən daha yüksək olacağını bildirib.

Heqset həmçinin keçmişdə ABŞ ordusunun “axmaq, siyasi cəhətdən düzgün” minimalist döyüş qaydaları ilə məhdudlaşdığını, lakin indi döyüş meydanında maksimum imkanlara və aydın məqsədlərə malik olduğunu qeyd edib.

İranın ABŞ-nin F-15 təyyarəsini vurması xəbəri ilə bağlı suala cavab olaraq Heqset deyib ki, İran öz xalqına yalan danışır, aldatmaq və rəqəmləri şişirtmək üçün əlindən gələni edir:

“Onlar əhalisini uğur qazandıqlarına inandıra biləcəklərinə ümid edirlər. Hava üstünlüyümüz isə İrana böyük güclə zərbə endirməyə imkan verir”.