İran Trampa qarşı ittiham aktı hazırlayıb

iran-trampa-qarsi-ittiham-akti-hazirlayib
Oxunma sayı: 941

İran ABŞ-nin keçmiş Prezidenti Donald Tramp da daxil olmaqla 73 amerikalıya qarşı ittiham aktı hazırlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Şiraz şəhərində keçirilən tədbirdə çıxış edən İran Ədliyyə Sistemi sədrinin birinci müavini Məhəmməd Müsəddiq jurnalistlərə açıqlaması zamanı bildirib.

O, iranlı general Süleymaninin öldürüldüyü hücumla bağlı Tehranın həyata keçirdiyi məhkəmə prosesi haqqında məlumat verib.

“Sui-qəsdlə əlaqəsi olan 97 nəfər müəyyən edilib. İndiyə qədər 73 amerikalıya qarşı ittiham aktı hazırlanıb. Onların arasında açıq-aşkar terror aktını sifariş edən ABŞ-nin keçmiş Prezidenti Tramp da var”, - deyə Müsəddiq qeyd edib.