İrana planlaşdırılan zərbələrin ləğv olunduğunu açıqladı

irana-planlasdirilan-zerbelerin-legv-olundugunu-aciqladi
Oxunma sayı: 978

ABŞ Prezidenti Donald Trump İrana qarşı planlaşdırılan hücumların ləğv edildiyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.

Amerika liderinin sözlərinə görə, daha əvvəl “çox sərt” zərbələr endiriləcəyi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, İranla aparılan danışıqların nəticəsində hücum planları dayandırılıb.

Trampın iddiasına görə, əldə olunan razılaşma ABŞ, İsrail və Səudiyyə Ərəbistanı da daxil olmaqla prosesdə iştirak edən bütün tərəflər tərəfindən təsdiqlənib.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti razılaşma imzalanmadığı təqdirdə İrana çoxlu zərbələr endiriləcəyini bildirmişdi.