İranda bu qaydaya əməl etməyənlər təhsil ala bilməyəcək

iranda-bu-qaydaya-emel-etmeyenler-tehsil-ala-bilmeyecek
Oxunma sayı: 2244

İranda universitet və orta məktəblərdə məcburi hicab qaydalarına əməl etməyən şəxslər təhsil ala bilməyəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ali təhsil müəssisələrinin tabe olduğu Elm, Araşdırma və Texnologiya Nazirliyi və Milli Təhsil Nazirliyi mövzu ilə bağlı ayrı-ayrılıqda açıqlama yayıb.

Hər iki nazirliyin açıqlamasında örtünmə qanununa əməl etməyən şəxslərin təhsildən yararlana bilməyəcəkləri qeyd edilib.