İranda etirazçı gənc Rəisini çıxışı zamanı susdurdu - Video

iranda-etirazci-genc-reisini-cixisi-zamani-susdurdu
Oxunma sayı: 8986

İran Prezidenti İbrahim Rəisinin dünən Tehran əyalətinin İslamşəhr şəhərində çıxışı zamanı iştirakçılardan biri qəfil ayağa qalxaraq anti-hökumət şüarları səsləndirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

“Köhnə düşüncələrin qılafında qalmağı dayandırın! Bu günün işlərini sabaha təxirə salmağı dayandırın! Rüşvətxorluğu, korrupsiyanı və xətaları dayandırın! Dayandırın!”, - gənc etirazını bildirib.