İranın cənub-şərqində 5,5 maqnitudalı zəlzələ baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) yayıb.
Yeraltı təkanlar Sistan və Bəlucistan vilayətində qeydə alınıb.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat verilməyib.