22 iyulda İranın Əhvaz şəhərində keçirilən hərpi parada zamanı törədilən qanlı terror hücumunun əsas təşkilatçısı zərərsizləşdirilib.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, “Əbu Daha” kod adlı terrorçu İraqın Diyala bölgəsində keçirilən əməliyyat zamanı məhv edilib.
“Əbu Daha”dan başqa 4 terrorçu da atışma zamanı öldürülüb.
Qeyd edək ki, Əhvazda İran-İraq müharibəsinin bitməsinin 38-ci ildönümü münasibətilə keçirilən parad zamanı törədilən teraktda 25 nəfər ölmüş, 69 nəfər də yaralanmışdı.
Son xəbərlər
Son Xəbərlər