İranda qatarlar toqquşdu - 36 ölü, 95 yaralı+Video + Yenilənib

iranda-qatarlar-toqqusdu
Oxunma sayı: 2519

İranda qatarların toqquşması ölümlə nəticələnib.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, İran dövlət televiziyası hadisənin Han Şahrud dəmiryol stansiyasında baş verdiyini açıqlayıb. Yerli vaxtla 07:40-da baş verən qəzada ən azı 8 nəfərin öldüyü, 50-dən çox yaralının olduğu bildirilir. İran mediası qəzaya səbəb olan qatarlara bağlı əlavə məlumat verməyib.

***

İranda qəzada ölənlərin sayının 31-ə çatdığı, yaralı sayının isə 70 olduğu bildirilir.

***

Qəza nəticəsində 36 nəfər ölüb, 95 nəfər yaralanıb. 

 Aysel Kərimova