İranda qaz kəmərində partlayış

iranda-qaz-kemerinde-partlayis
Oxunma sayı: 1032

İranın magistral qaz kəmərində partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Bildirilib ki, hadisə Bürucin şəhərində qeydə alınıb. Belə ki, partlayışdan sonra başlayan yanğın böyük ərazini əhatə edib. Buna görə şəhərdə qazın verilişi dayandırılıb.

İtkilər barədə isə hələlik məlumat verilmir.