İrandan Trampın iddialarına - Cavab

irandan-trampin-iddialarina
Oxunma sayı: 895

Rəsmi Tehran ABŞ Prezidenti Donald Trampın İranın raketləri və nüvə proqramı ilə bağlı iddialarına cavab verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. 

O, ABŞ hakimiyyətinin İranla bağlı bəyanatlarını yalan adlandırıb: “Peşəkar yalançılar “həqiqət illüziyası” yaratmaqda mahirdirlər. “Yalanı tez-tez təkrar edəndə həqiqət olur” - bu, nasist Yozef Gebbelsin irəli sürdüyü təbliğat qanunudur. Onların İranın nüvə proqramı və ballistik raketləri, eləcə də yanvar iğtişaşları zamanı ölənlərin sayı ilə bağlı iddia etdikləri hər şey sadəcə “böyük yalanların” təkrarıdır. Bu yalanlar heç kimi aldatmamalıdır”. 

Xatırladaq ki, daha əvvəl Donald Tramp Konqres qarşısında çıxışı zamanı İranın ABŞ-ni vura biləcək raketlər üzərində işlədiyini bəyan etmişdi