“İranla danışıqlar bir qədər vaxt aparacaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens deyib.
O, İranla mümkün razılaşma üzrə danışıqların mürəkkəb olacağını və nəticəyə çatmağın vaxt tələb edəcəyini bildirib.
Vens ABŞ Prezidenti Donald Tramp administrasiyasının İranla bağlı diplomatik prosesinə toxunaraq, danışıqların “qarışıq” keçəcəyini deyib: “Bizim vəzifəmiz bu yolda irəliləmək və həm Amerika xalqı, həm də ABŞ Prezidenti üçün ən yaxşı nəticəni əldə etməkdir”.
“Düşünürəm ki, sonda çatacağımız nöqtə qarışıq olacaq və ora çatmaq üçün bir qədər vaxt lazım gələcək”, – deyə ABŞ Vitse-prezidenti bildirib.
Vens əlavə edib ki, ABŞ-nin məqsədi İranın nüvə silahına sahib olmasının qarşısını almaqdır. Onun sözlərinə görə, hazırkı proses davam edir və nəticə barədə əvvəlcədən proqnoz vermək çətindir.
“Biz prosesin ortasındayıq və insanların bunun necə nəticələnəcəyini əvvəlcədən müəyyən etməyə çalışdığını düşünürəm”, – deyə Vens qeyd edib.
Son xəbərlər
Son Xəbərlər