İranla İsrailin münasibətləri yenə gərginləşir

iranla-israilin-munasibetleri-yene-gerginlesir
Oxunma sayı: 1086

İran nüvə obyektlərini hücumla təhdid edən İsrailə sərt reaksiya verib. 

“Qafqazinfo” xəbər verir ki, İran Baş Qərargah rəsmisi Ebulfazl Çikarçi İsrail Baş Qərargah rəisi Əviv Koçavinin açıqlamasına cavab verib.

Təhdidləri “psixoloji müharibə” və ya “səhv” olaraq qəbul etdiklərini söyləyən Çikarçi “ən kiçik səhvlərində raket bazalarını, Haifa və Təl-Əviv şəhərlərini məhv edə bilərik”,- deyə bildirib.

O, İranın nüvə proqramının tamamilə təhlükəsiz olduğunu sözlərinə əlavə edib.

Qeyd edək ki, Koçavi ötən gün mətbuat konfransındakı çıxışında orduya İranın nüvə proqramının qarşısını almaq üçün yeni əməliyyat planları hazırlamağı əmr etdiyini açıqlayıb.