İraqın Vasit əyalətinin Kut şəhərində hipermarketdə güclü yanğın baş verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 50 nəfər ölüb, yaralananların sayı isə bəlli deyil.
Yanğın hipermarketin birinci mərtəbəsində başlayıb, daha sonra isə 5-ci mərtəbəyə qədər yayılıb.
Yanğının baş vermə səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma başladılıb, nəticələri 48 saat ərzində açıqlanacaq.
Bildirilib ki, yanğın baş verən hipermarket 5 gün əvvəl açılıb.
Qeyd edək ki, hadisə ilə bağlı ölkədə üçgünlük matəm elan olunub.
***
Yanğın nəticəsində ölənlərin sayı 63 nəfərə çatıb.
Qeyd olunub ki, həlak olanların arasında uşaqlar da var.
İraqın Səhiyyə Nazirliyinin məlumatına əsasən isə insident nəticəsində azı 40 nəfər yaralanıb.
Son xəbərlər
Son Xəbərlər