İraqda xəstəxanada yanğında ölənlərin sayı 50-ni ötdü - Video+Yenilənib

iraqda-xestexanada-yanginda-olenlerin-sayi-50-ni-otdu
Oxunma sayı: 2112

İraqın cənubundakı Zikar vilayətində yerləşən İmam Hüseyn Tədqiqat Xəstəxanasında yanğın olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yanğın koronavirus xəstələrinin yerləşdirildiyi bölmədə meydana gəlib.

İlkin ehtimallara görə, yanğında ən azı 20 nəfər yanaraq ölüb.

Yanğının söndürülməsi istiqamətində iş aparılır. Yanğında təxminən 50 nəfər itkin düşüb. Beş nəfər yaralı olaraq xilas edilib.

***

Yanğın nəticəsində ölənlərin sayı 36-ya çatıb.

***

“Al Arabiya” telekanalı xəbər verir ki, yanğın nəticəsində ölənlərin sayı 40-a çatıb. Azı 70 nəfəri xilas etmək mümkün olub.

İlkin məlumata görə, yanğına səbəb oksigenlə dolu balonun partlaması olub. Yanğınsöndürənlər yanğını lokallaşdıra bilib.

Hadisə ilə əlaqədar bölgənin Səhiyyə Nazirliyi fövqəladə vəziyyət rejimi elan edib. Yerli KİV-in yazdığına görə, ölkənin Baş naziri Mustafa əl-Kazımi hadisə yerinə yollanıb.

***

Yanğın nəticəsində ölənlərin sayı 52-yə çatıb.

***

Yanğın nəticəsində ölənlərin sayı 54-ə yüksəlib.