İremdən növbəti İlhamə Quliyeva paylaşımı - Video

iremden-novbeti-ilhame-quliyeva-paylasimi
Oxunma sayı: 4806

Türkiyəli müğənni İrem Dericinin sosial şəbəkə hesabında etdiyi paylaşım diqqət çəkib.

“Qafqazinfo” xəbər verir ki, müğənni instaqram hesabında Azərbaycanın mərhum Xalq artisti İlhamə Quliyevanın səsi ilə video paylaşıb.

Belə ki, onun “Makiyajdan sonra mənə gələn öz güvən” şərhini yazdığı paylaşımında, İ.Quliyevanın “Gözəllik deyirsən, məndə. Gözəl dəri deyirsən, məndə. Ad-san deyirsən, məndə. Status deyirsən, məndə. Tərbiyəli ailə deyirsən, məndə”, - sözləri səslənib. 

Xəbəri rus dilində oxuyun: Убийство еще одной женщины - муж пытался покончить с собой

Qeyd edək ki, İrem Derici iki il öncə də eyni sözlərin ifadə olunduğu videonun orjinalını instaqram hesabının hekayə bölümündə paylaşmışdı.