“İrəvan” klubundan AFFA-ya çoxsaylı şikayətlər var

irevan-klubundan-affa-ya-coxsayli-sikayetler-var
Oxunma sayı: 1375

“İrəvan”la bağlı çox şikayətlər var. Ayrı-ayrılıqda bizə problemləri bildirənlər də olur”. Bunu “Qafqazinfo”ya açıqlamasında AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli deyib. 

Federasiya rəsmisi Birinci liqada mübarizə aparan “İrəvan” klubundan çoxsaylı şikayətlərin olması və AFFA-nın onlara vaxt verdiyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: “Komandada bir müddət işləmiş Azərbaycan yığmasının sabiq qapıçısı Aleksandr Jidkov da şikayət edib. Ümumilikdə bir neçə məsələ var. Amma Jidkovun problemi daha ciddidir. Onunla bağlı məsələyə yaxın 3-4 gündə aydınlıq gələcək”. 

Qeyd edək ki, “İrəvan” klubu futbolçuların bir çoxunun maaşını vermədiyi üçün onlarla yolları ayırıb. Komandanı tərk edən oyunçuların əksəriyyəti də AFFA-ya apellyasiya şikayəti verib.